“Nikoil Bank” ənənəvi donor aksiyasında iştirak edib

“Nikoil Bank” ənənəvi donor aksiyasında iştirak edib
# 03 dekabr 2014 12:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Nikoil Bank”ın bütün şəhər filialları və mərkəzi ofisinin kollektivləri ənənəvi donor aksiyasında iştirak ediblər.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu dəfə aksiya Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunub. İldə iki dəfə keçirilən bu ənənə 2006-cı ildə yaranıb və bankın Sosial Korporativ Məsuliyyəti proqramı çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, “Nikoil Bank” – kassa-hesablaşma, kredit, ödəmə, kart, zəmanət, banklararası, sənədli, həmçinin milli və xarici valyutada həyata keçirilən digər əməliyyatları nəzərdə tutan tam xidmətlər paketi təklif edən universal maliyyə-kredit təşkilatıdır.

Bankın filial şəbəkəsi Bakıda və Azərbaycanın digər şəhərlərində yerləşən (Sumqayıt, Xırdalan, Gəncə, Bərdə, Lənkəran, Qəbələ və Masallı) 21 satış nöqtəsinə malikdir.

“Nikoil Bank”ın fəaliyyəti, həmçinin mövcud məhsul və xidmətlər haqqında məlumatı www.nikoil.az saytından və ya 981 nömrəli qısa telefon nömrəsinə zəng edərək əldə etmək mümkündür.

Bankın sosial şəbəkəsində rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR