Gömrük orqanlarının vəzifəli şəxsləri üçün verilən xüsusi geyim formalarının istifadə müddəti azaldılıb

Gömrük orqanlarının vəzifəli şəxsləri üçün verilən xüsusi geyim formalarının istifadə müddəti azaldılıb
# 03 mart 2015 14:34 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat Normaları”nda dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən bundan sonra fərqlənmə nişanları (poqonlar, qol və yaxa nişanları) gömrük orqanlarının ali, baş, orta rəis heyətinə və kiçik heyətə daxil olan vəzifəli şəxslərə hər geyim forması üçün 1,5 il müddətinə veriləcək.

Eyni zamanda gömrük orqanlarının ali, baş, orta rəis heyətinə və kiçik heyətə verilən bir sıra geyim formalarının istifadə müddəti də azaldılıb. Ali rəis heyəti üçün verilən qaragül xəzindən boz rəngli papaq, qara və ağ rəngli əlcəklər, baş və orta rəis heyəti və kiçik heyət üçün verilən tünd-göy rəngli palto və ağ rəngli əlcəklərin istifadə müddəti 5 ildən 4 ilə endirilib. Ali rəis heyəti üçün verilən ağ rəngli furajka, qadınlar üçün ağ rəngli şlyapa, baş və orta rəis heyəti və kiçik heyət üçün verilən qadınlar üçün qalın parçadan şlyapanın istifadə müddəti artıq 3 il deyil, 1,5 il olacaq. Ali rəis heyəti üçün verilən qadınlar üçün qalın parçadan tünd-mavi rəngli şlyapa, qadınlar üçün nazik parçadan tünd-mavi rəngli şlyapa, baş və orta rəis heyəti və kiçik heyət üçün verilən tünd-göy rəngli furajka, tünd-göy rəngli pilotka və tünd-göy rəngli istiləşdirilmiş gödəkcənin istifadə müddəti 2 ildən 1,5 ilə endirilib.

Dəyişikliyə əsasən ali rəis heyəti üçün verilən ağ rəngli kitel və qara rəngli şalvar, qadınlar üçün ağ rəngli kitel və qara rəngli yubka, tünd-göy rəngli trikotaj şərf, ağ rəngli trikotaj şərf, ağ rəngli ipək şərf, baş və orta rəis heyəti və kiçik heyət üçün tünd-göy rəngli mərasim kiteli və şalvar, qadınlar üçün tünd-göy rəngli mərasim kiteli və yubkanın istifadə müddəti artıq 3 il yox, 2 il olacaq. Ali rəis heyəti üçün verilən qara rəngli isti içlikli çəkmə, qadınlar üçün qara rəngli uzunboğaz çəkmə, baş və orta rəis heyəti və kiçik heyət üçün verilən qara rəngli isti içlikli çəkmə, qadınlar üçün qara rəngli uzunboğaz çəkmənin istifadə müddəti 3 ildən 1 ilə endirilib. Ali rəis heyəti və baş və orta rəis heyəti və kiçik heyət üçün verilən qara rəngli göndən şalvar kəmərinin istifadə müddəti isə bundan sonra 5 il yox, 2 il olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR