Gürcüstanın yeni xarici işlər naziri: "Azərbaycanla strateji tərəfdaşlığımızı davam etdirəcəyik"

Gürcüstanın yeni xarici işlər naziri: "Azərbaycanla strateji tərəfdaşlığımızı davam etdirəcəyik"
# 02 sentyabr 2015 13:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Biz Azərbaycanla strateji tərəfdaşlığımızı davam etdirəcəyik”.

APA-nın “civil.ge” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Gürcüstanın yeni xarici işlər naziri Georgi Kvirikaşvili diplomatlarla illik ənənəvi görüş zamanı prioritetləri açıqlayarkən deyib. O bildirib ki, region ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsinə daha böyük diqqət göstəriləcək.

Yeni nazir Türkiyə ilə strateji tərəfdaşlığın və Ermənistanla ənənəvi dostluq münasibətlərinin davam etdiriləcəyini qeyd edib: “Tərəfdaşlarımızla iqtisadi əməkdaşlıq, o cümlədən ixrac bazarının diversifikasiyası və investisiyaların cəlb olunması sahəsində əməkdaşlığa xüsusi diqqət yetiriləcək. Hazırda Böyük İpək Yolu layihəsinin icrası qarşıda duran ən vacib vəzifələrdən biridir. Bildiyiniz kimi, oktyabrda İpək Yolu Forumuna ev sahibliyi edəcəyik. Ölkəmizin tranzit potensialından tam istifadə və regional enerji və nəqliyyat layihələrində iştirakımızın artırılması prioritet istiqamət olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR