“Bakcell” ödəmə kartlarının çatışmazlığı ilə bağlı vəziyyətə aydınlıq gətirib

“Bakcell” ödəmə kartlarının çatışmazlığı ilə bağlı vəziyyətə aydınlıq gətirib
# 05 avqust 2014 08:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bakcell” şirkəti ötən həftə ərzində bazarda “Bakcell” ödəmə kartlarının çatışmazlığı ilə bağlı vəziyyətə aydınlıq gətirib.

APA-Economics”in məlumatına görə, “Bakcell” şirkəti öz abunəçilərinin nəzərinə çatdırır ki, ötən həftə ərzində bazarda ödəmə kartlarının çatışmazlığı ilə bağlı müşahidə olunan vəziyyət kartların ölkəyə gətirilməsi zamanı şirkətdən asılı olmayan səbəblərdən baş vermiş gecikmə ilə bağlıdır. Şirkət yaranmış vəziyyətin aradan qaldırılması üçün əlindən gələni edib və ötən şənbə və bazar günü bazar ödəmə kartları ilə müəyyən qədər təmin olunub.

Bu həftə ərzində kartların bazara paylanması ilə bağlı işlər davam etdiriləcək.

“Bakcell” yaranmış narahatlığa görə abunəçilərindən üzr istəyir və bir necə gün ərzində məsələnin öz həllini tapacağını bildirir.

“Eyni zamanda, Bakcell xidmətlərindən istifadəyə davam etmək üçün abunəçilərimizə alternativ ödəmə vasitələrindən (ödəmə nöqtələri, onlayn ödəniş, bankomatlar və s.) istifadə etməyi tövsiyə edirik. Alternativ ödəmə vasitələrindən istifadə olunması abunəçiyə bonus dəqiqələr qazanmaq imkanı verir. Əvvəlcədən ödəmə sistemində olan abunəçilərimiz avqust ayının 10-na kimi alternativ kanallar vasitəsilə ən azı 3 AZN ödəniş etməklə şəbəkədaxili 10 pulsuz dəqiqə əldə edəcəklər”, - deyə müraciətdə vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR