Sarkisyan Avrasiya İqtisadi Birliyinİn İranla əməkdaşlıq etməsini təklif edib

Sarkisyan Avrasiya İqtisadi Birliyinİn İranla əməkdaşlıq etməsini təklif edib
# 08 may 2015 20:31 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. “Avrasiya İqtisadi Birliyinin əməkdaşlıq etdiyi coğrafi arealın genişləndirilməsi vacibdir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, belə bəyanatla Kremldə keçirilən Avrasiya İqtisadi Birliyinin Ali İqtisadi Şurasının iclasında Ermənistan prezidenti Serj Sarkisyan çıxış edib.

"Hesab edirəm ki, Avrasiya İqtisadi Birliyinin əməkdaşlıq etdiyi çorafi arealı cənub istiqamətində genişləndirməyə davam etmək vacibdir. Xüsusi ilə İranla sıx əlaqələrin qurulması vacibdir",- deyə Serj Sarkisyan qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR