Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 24 Dekabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 24 Dekabr - <span style="color: red;">VİDEO
# 24 dekabr 2014 17:19 (UTC +04:00)

Bakı-APA. Yetimlik bir kateqoriyadır, tale kateqoriyası. Yetimlik həm də qismət, tale və alın yazısıdır. Lerikli iki uşağın alnına da yetimlik yazılıbmış. Həm də yetimliyin ən dəhşətli forması. O uşaqlar böyüdükdən sonra dostlarına, tay-tuşlarına, iş yoldaşlarına, gələcək həyat yoldaşlarına bir dəfə belə olsa yetim qalmalarının səbəbini danışacaqlar: “Atam əvvəl anamı, sonra nənəmi öldürdü, daha sonra özünü vurdu”. Bu, heç bir günahları olmayan o məsum körpələrin beyninə ömürlük həkk olunmuş cümlədir. “Lerik sakini arvadını və qayınanasını öldürdü, sonra isə intihar etdi” cümləsi tək ölən üç nəfərin faciəvi sonluğu deyil, həm də yetim qalan körpələrin on illərlə davam edəcək faciəvi həyatının başlanğıcıdır. Qətl təkcə ölüm deyil, həm də doğuşdur, hər qətlin bətnindən bir yetim uşaq, ya bir dul qadın, ya övlad itirmiş ana doğulur. Lerikdəki qətldən yetim uşaqlar doğdu. Allah heç kimi yetim eləməsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR