Nazir müavini: “Nüvə Tədqiqatları Mərkəzinin ilkin hədəfləri yaxın zamanlarda açıqlanacaq”

Nazir müavini: “Nüvə Tədqiqatları Mərkəzinin ilkin hədəfləri yaxın zamanlarda açıqlanacaq”
# 25 sentyabr 2014 07:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Nüvə Tədqiqatları Mərkəzinin həyata keçirəcəyi proqramlar, hədəfləri, əməkdaşlıq edəcəyi ölkələr, habelə hansı texnologiyalar tətbiqi və istifadə olunması ilə bağlı bütün məsələlər bu ilin dekabrına qədər müəyyənləşdiriləcək.

APA-Economics”in xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib.

Nazir müavini xatırladıb ki, Nüvə Tədqiqatları Mərkəzinin dinc məqsədlərlə yaradılması üçün Azərbaycan prezidentinin sərəncamı olub.

“Qurumun yaradılması, nizamnaməsinin təsdiq olunması və sair üzrə addımlar atılıb. Mərkəz fəaliyyətə başladıqdan sonra artıq ilkin hədəfləri yaxın zamanlarda həmin qurum tərəfindən açıqlanacaq. Bütün bunlar yaxın günlərdə mərkəzin hüquqi təsdiqi həyata keçən kimi məlum olacaq", - deyə İ. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR