Səfir: “Hər il 7-8 min azərbaycanlı Çexiyaya turist kimi səfər edir”

Səfir: “Hər il 7-8 min azərbaycanlı Çexiyaya turist kimi səfər edir”
# 27 oktyabr 2014 16:42 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Çexiya ilə Azərbaycan arasında turizmin inkişafı üçün böyük potensial mövcuddur. Hər il 7-8 min azərbaycanlı Çexiyaya turist kimi səfər edir. Biz səfirlik olaraq istərdik ki, Çexiyadan Azərbaycana daha çox turist gəlsin”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev deyib.

Səfir bildirib ki, Azərbaycanda turizm infrastrukturunun inkişafı istiqamətdə böyük işlər görülməlidir: “Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə böyük iş aparır. Səfirlik də öz növbəsində bu işlərdə iştirak etməli, marketinqin qurulması ilə məşğul olmalıdır. Turizm sahəsinin inkişafı digər sahələrin inkişafına da təkan verir. Çünki insanlar bir-biri ilə ünsiyyətdə olur, yeni münasibətlər qurulur”.

F. Şəfiyev həmçinin qeyd edib ki, Azərbaycanın turizm potensialının Çexiyada təbliğ olunması istiqamətində bir sıra tədbirlər həyata keçiriləcək: “Hesab edirəm ki, bu sahədə daha çox iş görülməlidir. Azərbaycanlı jurnalistlər Çexiyaya səfər etdiyi kimi, Azərbaycan tərəfi də təşəbbüslə çıxış etməlidir ki, çexiyalı jurnalistlər Azərbaycana səfər etsinlər, turizm potensialı ilə tanış olsunlar. Biz öz növbəmizdə mədəniyyət sahəsində bəzi işlər görəcəyik. Məsələn, bir sıra sərgilərin keçirilməsi nəzərdə tutulub ki, həm də mədəni tədbirlər vasitəsi ilə Çexiyada Azərbaycanı daha çox tanısınlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR