Ombudsman ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktorunu qəbul edib

Ombudsman ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktorunu qəbul edib
# 09 aprel 2015 15:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Link və onun xüsusi müşaviri Yan O. Haukassı qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Ombudsman E. Süleymanova bu il Azərbaycanda parlament seçkilərinin keçiriləcəyini, bununla bağlı geniş hazırlıq işlərinin görüldüyünü qeyd edib. O, həmçinin Ombudsmanın və əməkdaşlarının bu günə qədər bütün seçkilərdə olduğu kimi, parlament seçkilərində də müşahidəçilik missiyasını həyata keçirəcəyini diqqətə çatdırıb.

Müvəkkil ölkədə məcburi köçkünlərin hüquqlarının müdafiəsi, onların problemlərinin həlli istiqamətində dövlət tərəfindən mühüm işlərin görüldüyünü söyləyib.

DTİHB-nin direktoru mandatı çərçivəsində Azərbaycana ilk dəfə səfər etdiyini, qarşıdakı seçkilərlə əlaqədar olaraq, yerlərdə sərbəst toplaşma azadlığı ilə bağlı maarifləndirmə işi aparılmasının zəruriliyini önə çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR