Cəlilabadda yaşayış evində baş verən partlayışdan xəsarət alan bir ailənin 4 üzvü Bakıya göndərilib - FOTOSESSİYA - YENİLƏNİB - VİDEO

Cəlilabadda yaşayış evində baş verən partlayışdan xəsarət alan bir ailənin 4 üzvü Bakıya göndərilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 16 mart 2015 10:46 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Cəlilabad şəhərinin Səttarxan küçəsində Tacəddin Mirzəbəy oğlu Hüseynovun ailəsi ilə kirayənişin yaşadığı evdə qeydə alınıb.

Hadisə şahidlərinin sözlərində görə, ərazidə təbii qazın kəsilərək yenidən verilməsindən xəbərsiz olan Tacəddin Hüseyinov evdəki qaz sobasını yandırmaq istəyərkən yanğınla müşayiət olunan güclü partlayış olub.

Partlayış zamanı ev sakini ilə yanaşı onun arvadı Samirə Hüseynova, onların iki azyaşlı yaşlı oğlanları - 11 yaşlı Mirhəbib və 13 yaşlı Mirhumay Hüseynovlar müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar qonşular tərəfindən dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-nın yerli bürosuna verilən məlumata görə, burada yaralılara lazımi tibbi yardım göstərilib, lakin vəziyyətləri ağırlaşdığından Bakıdakı Yanıq Mərkəzinə yola salınıblar.

Qeyd edək ki, ümumi sahəsi 252 kv. m olan ikimərtəbəli 10 otaqlı evdə baş verən yanğın nəticəsində həmçinin evin 1-ci mərtəbəsindəki məişət avadanlıqlarının bir qismi yanaraq yararsız hala düşüb

Faktla bağlı araşdırma aparılır.

* * *

10:58

Bakı. Fuad Cəfərov - APA. Cəlilabadda yaşayış evində partlayış baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 252 kv.m olan ikimərtəbəli 10 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində evin 1-ci mərtəbəsində 1 ədəd divan və döşək qismən yanıb. Partlayış zamanı 4 nəfər yanıq xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR