"Azər-Türk Bank"ın baş ofisi yeni ünvana köçüb - FOTO

"Azər-Türk Bank"ın baş ofisi yeni ünvana köçüb - <span style="color: red;">FOTO
# 29 mart 2015 13:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. "Azər-Türk Bank" ASC-nin Baş ofisi yeni ünvana köçüb.

Bu barədə “APA-Economics”ə bankdan məlumat verilib.

Məlumata əsasən, bu gündən bankın baş ofisi Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85; 192/193 ünvanında fəaliyyət göstərəcək.

Yeni ofisdə yaradılmış iş şəraiti, müasir bankçılıq texnologiyalarını özündə birləşdirən yüksək xidmət imkanları müştərilərin məmnuniyyəti üçündür.

Universal xarakterli “Azər-Türk Bank” ən müxtəlif çeşiddə bank məhsul və xidmətlərini təqdim edir. Müştərilər bankın yeni ünvanda fəaliyyət göstərən Müştəri Xidmətləri Departamentinə və ya Bakı, Gəncə, Naxçıvan şəhərlərindəki filiallarına müraciət etməklə bu sərfəli imkanlardan faydalana bilərlər.

“Azər-Türk Bankın” xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, yaxud 945 nömrəli Müştəri Xidmətindən əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR