Moskvada xalq şairi Fikrət Qocanın 80 illik yubileyi qeyd olunub - FOTOSESSİYA

Moskvada xalq şairi Fikrət Qocanın 80 illik yubileyi qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA
# 30 oktyabr 2015 08:44 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtı Moskvada xalq şairi Fikrət Qocanın 80 illik yubileyi qeyd olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Mərkəzi Ədəbiyyat Evində baş tutan yubiley gecəsini Azərbaycanın Rusiyadakı səfirliyi, "Ocaq" ictimai-ədəbi cəmiyyəti və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Rusiya nümayəndəliyi təşkil edib.

Yubiley tədbirində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Fikrət Qocanın əvəzsiz dost, milli, çağdaş ruhlu şair olduğunu bildirib. Yubilyarı təbrik edən diplomat “Gəl ey səhər” mahnısının onun sözlərinin F. Qocaya məxsus olduğunu deyib: "Mənin repertuarımda səslənən bir çox məşhur mahnının müəllifi Fikrət Qocadır".

AYB sədri, xalq yazıçısı Anar F. Qocanın sözlərinə yüzlərlə mahnı bəstələndiyini, əsərləri əsasında tamaşalar hazırlandığını qeyd edib.

Sonda Azərbaycandan gələn incəsənət ustalarının ifasında Fikrət Qocanın sözlərinə yazılmış mahnılarından ibarət konsert proqramı təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR