Fars körfəzi ölkələri vahid Hərbi-Dəniz Qüvvələri yaradır

Fars körfəzi ölkələri vahid Hərbi-Dəniz Qüvvələri yaradır
# 14 noyabr 2014 02:40 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurasının baş katibi Abdel Lətif əz Zəyyani qurumun müdafiə şurasının Küveytdə keçirilən 13-cü sessiyasında çıxışı zamanı deyib.

Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurasına Ərəb yarımadasındakı altı monarxiya dövləti – Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Oman və BƏƏ daxildir.

“Bölgənin və, bütövlükdə, dünyanın həyati maraqlarına təsir edən ciddi dəniz təhlükələri Şuraya üzv olan dövlətləri ümumi Hərbi-Dəniz Qüvvələrinin yaradılması daxil olmaqla lazımi tədbirlər görməyə məcbur edir”, deyə əz Zəyyani qeyd edib.

Şuraya üzv olan dövlətlər regionun vahid Hərbi-Dəniz Qüvvələrinin yaradılması təşəbbüsünü müzakirə ediblər.

Əz Zəyyaninin sözlərinə görə, körfəz ölkələrinin liderləri təhlükələrə qarşı birgə çıxış etməkdə maraqlı olduqlarını həmişə ifadə edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR