Bolqarıstan sərhədlərini qaçqınların üzünə bağlayıb

Bolqarıstan  sərhədlərini qaçqınların üzünə bağlayıb
# 19 sentyabr 2015 23:58 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “OFFNews” nəşri məlumat yayıb.

Boyko Borisov ölkəyə yalnız qanuni əsaslarla girmək mümkün olduğunu qeyd edib. Borisov bildirib ki, rəsmi Sofiyanın xahişi ilə Türkiyə polisi və jandarmları qaçqınları Bolqarıstan sərhədindən 40 km aralıda saxlayır.

Baş nazir əlavə edib ki, sərhəddən yalnız minik və yük avtomobilləri buraxılır və bunun sayəsində Aİ ölkələrinə keçməyə səy göstərən miqrant axınını az da olsa tənzimləmək mümkün olub.

Qeyd edək ki, bundan əvvəl Bolqarıstan miqrantlara görə Türkiyə ilə sərhədə hərbçilərini göndərməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR