Nazir: “Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi Avro-Asiya məkanında ən aşağı səviyyəyə enib”

Nazir: “Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi Avro-Asiya məkanında ən aşağı səviyyəyə enib”
# 13 noyabr 2015 09:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan BMT-nin “Minilliyin İnkişaf Məqsədləri” Bəyannaməsini ən uğurla yerinə yetirən ölkələrdən və tolerantlığına, multikulturalizmə verdiyi töhfəyə, ailə, yaşlı-gənc, qadın-kişi münasibətlərində müsbət mentalitetin qorunub saxlandığı az sayda dövlətlərdən biridir.

APA-nın məlumatına görə, bunu bu gün “Məişət zorakılığının qarşısının alınması” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, “Minilliyin İnkişaf Məqsədləri”ndə 2015-ci ilə qədər yoxsulluğun 15%-dək azaldılması nəzərdə tutulduğu halda, Azərbaycanda bu göstərici 5%-ə endirilib və aclıq deyilən məfhum tamamilə aradan qaldırılıb: “Ölkədə bütün qızlar və oğlanlar tam olaraq ibtidai təhsilə cəlb olunur, ana ölümü və 5 yaşadək uşaq ölümünün səviyyəsi 2000-ci illə müqayisədə 2 dəfədəyək aşağı salınıb, xarabalıq şəraitində yaşayanlar yox dərəcəsindədir, Ermənistanın təcavüzü nəticəsində doğma evlərindən didərgin salınmış 1 milyona yaxın məcburi köçkünlər belə Azərbaycan prezidenti İlham Əliyevin səyləri nəticəsində abad yaşayış yerləri ilə təmin olunublar”.

Nazir qeyd edib ki, eyni zamanda, gender problemi uğurla həll olunur: “Artıq ölkədə bütün muzdla işləyənlərin 48%-i qadınlardır. Gənclər arasında işsizlik səviyyəsi Avro-Asiya məkanında ən aşağı səviyyəyə - 9,8%-ə enib. Ölkədə, cinsindən, dilindən, dinindən, irqindən asılı olmayaraq bütün insanların hüquqları qanunla qorunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR