Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 76 əlili istirahət mərkəzinə göndərib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 76 əlili istirahət mərkəzinə göndərib
# 25 may 2015 07:18 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin respublikanın səfalı guşələrində istirahətinin təşkili işlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, daha 76 nəfər Lənkəran rayonundakı istirahət və sağlamlıq mərkəzinə istirahətə yola salınıb. Bununla da ƏƏSMN tərəfindən son iki ayda 426 nəfərin, o cümlədən 286 nəfərin Lənkəran rayonuna, 140 nəfərin isə Şəki rayonuna istirahətə göndərilməsi təmin olunub.

Bu istiqamətdə işlər cari ilin yay mövsümü ərzində davam etdiriləcək. Belə ki, 2015-ci il ərzində ümumilikdə 1000 nəfərdən artıq əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarında istirahətinin təşkili nəzərdə tutulub.

Əlilliyi olan şəxslər istirahət və sağlamlıq mərkəzlərinə xüsusi ayrılmış nəqliyyat vasitəsilə aparılıb-gətirilir. Mərkəzlərdə onların istirahəti xüsusi proqram çərçivəsində təşkil olunur, onlar üçün müxtəlif idman yarışlarının, musiqili-əyləncəli tədbirlərin təşkili, tarixi və görməli yerlərə gəzinti turları, həmçinin həmin şəxslərin fizioterapevtik müalicə proseduralarına cəlb olunması və s. həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR