SOCAR "Petrojen"in maliyyələşdirilməsi üçün bir sıra banklarla danışıqlar aparır

SOCAR "Petrojen"in maliyyələşdirilməsi üçün bir sıra banklarla danışıqlar aparır
# 05 noyabr 2015 10:32 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın Sərmayələr idarəsinin rəhbərinin müavini Zaur Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, SOCAR bunun üçün Türkiyə, Çin bankları, Avropa Yenidənqurma və İnkişaf Bankı, o cümlədən "Exim" banklarla danışıqlar aparır.

"Bu ilin sonuna kimi bütün tenderlər tamamlanacaq və gələn ildən tikinti işlərinə başlanılacaq. Tikinti işləri 2-2,5 ilə tamamlanacaq. SOCAR artıq təkcə neft-qaz sektorunda deyil, o cümlədən elektrik enerjisi sektoruna da daxil olur. Bu layihə həm "Petkim", həm "Star" layihələrinin ehtiyaclarını ödəyəcək, həm də İzmir əhalisinin tələbatını ödəyəcək", - deyə SOCAR rəsmisi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR