Türkiyədə PKK terrorçuları hərbi avtomobili partladıb, 23 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə PKK terrorçuları hərbi avtomobili partladıb, 23 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 05 oktyabr 2015 22:56 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Diyarbəkir vilayətində hərbi avtomobilin partladılması nəticəsində 23 əsgər yaralanıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, insident Kocaköy - Lice yolunda qeydə alınıb.

Yaralı əsgərlərin 17-si Diyarbəkır Hərbi Xəstəxanasına, 6-sı isə Dəclə Universitetinin Tibb Fakültəsi Xəstəxanasına çatdırılıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Hadisənin ardından bölgədə bəzi giriş-çıxış yolları bağlanıb, qaçan terroristlərin tutulması üçün genişmiqyaslı əməliyyat başlayıb.

***

23:46

Bakı-APA. Türkiyənin Diyarbəkir vilayətində hərbi avtomobil partladılıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində bir neçə əsgər yaralanıb.

Məlumata görə, hərbi konvoyun keçdiyi yolda PKK terrorçularının yerləşdirdiyi mina işə düşüb.

Bölgəyə çox sayda təcili yardım və təhlükəsizlik qüvvələri cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR