Akademik Milli Dram Teatrında “2115 qatarı” tamaşasının premyerası keçiriləcək

Akademik Milli Dram Teatrında “2115 qatarı” tamaşasının premyerası keçiriləcək
# 13 aprel 2015 13:34 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Aprelin 15-də Akademik Milli Dram Teatrında Toyqun Orbayın pyesi əsasında hazırlanmış “2115 qatarı” tamaşasının premyerası keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşada xalq artist Hacı İsmayılov (Vağzal məmuru), xalq artisi Nurəddin Mehdixanlı (Kişi), əməkdar artistlər Sənubər İsgəndərova (Qadın), Firuz Xudaverdiyev (Yaşlı kişi), aktyor Ramin Şıxəliyev (Yaşlı Kişi) çıxış edirlər.

75 dəqiqə davam edəcək tamaşanın janrı bir hissəli mövcudluq oyunu kimi müəyyənləşdirilib.

Qeyd edək ki, T. Orbay 1956-cı ildə İstanbulda anadan olub. “Mat”, “Şərəfinə insanoğlu” və “2115 qatarı” pyeslərinin müəllifidir. Pyesləri İstanbulda, Ankarada, İzmirdə, Girnedə, Nyu-Yorkda, Lefkoşada tamaşaya qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR