Rusiyada qaldırıcı kranın aşması nəticəsində baş vermiş faciə ilə əlaqədar 3 nəfər saxlanılıb

Rusiyada qaldırıcı kranın aşması nəticəsində baş vermiş faciə ilə əlaqədar 3 nəfər saxlanılıb
# 27 oktyabr 2015 09:33 (UTC +04:00)

Bakı - APA. Rusiyanın Omsk şəhərində qaldırıcı kranın aşması nəticəsində baş vermiş hadisə ilə əlaqədar 3 nəfər saxlanılıb.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

“Jilstroy” şirkətlər qrupunun rəhbəri Viktor Polukarov, şirkətin baş direktoru Konstantin Semyonov və tikinti məntəqəsinin rəisi Sergey Maslenkin tutulub.

İstintaqın məlumatına görə, hadisə tikinti şirkəti əməkdaşlarının diqqətsizliyi ucbatından baş verib. Belə ki, qaldırıcı kranının texniki vəziyyətinin gündəlik yoxlanılmadığı üzə çıxıb.

İnsidentdən sonra Omsk vilayəti hökumətinin başçısının müavini Stanislav Qrebenşikov regionda quraşdırılmış bütün kranların istismar qaydalarının yoxlanılacağını bildirib.

Qeyd edək ki, oktyabrın 26-da qaldırıcı kranın yolun ortasına aşması nəticəsində 6 nəfər xəsarət alıb, onlardan 4-ü ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR