Minskdə Ukrayna üzrə təmas qrupunun görüşü keçirilib

Minskdə Ukrayna üzrə təmas qrupunun görüşü keçirilib
# 07 iyul 2015 20:08 (UTC +04:00)

Bakı-APA. Minskdə Ukraynadakı böhranın nizamlanması üzrə təmas qrupunun görüşü keçirilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Belarus XİN-in “Tvitter” səhifəsində dərc edilmiş məlumatda bildirilir.

“Donetsk və Luqansk vilayətlərinin nümayəndələrinin iştirakı ilə üçtərəfli təmas qrupunun məsləhətləşmələri yekunlaşıb”, deyə məlumatda bildirilir.

Görüşün mətbuat üçün qapalı keçirildiyi qeyd edilib.

Bundan əvvəl təmas qrupunun altqruplarının iclasları keçirilib. Görüşlərdə siyasi, humanitar, iqtisadi və təhlükəsizlik məsələləri üzrə işçi qrupları iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR