QMİ: Həccdən ilk olaraq VİP xidmətlərdən istifadə edən zəvvarlar qayıdacaq

QMİ: Həccdən ilk olaraq VİP xidmətlərdən istifadə edən zəvvarlar qayıdacaq
# 19 sentyabr 2015 13:51 (UTC +04:00)

QMİ-dən APA-ya verilən məlumata görə, sentyabrın 29-u zəvvarların geri qayıdışına start da VİP zəvvarların ayrıca reysi ilə başlayacaq.

 

Daha sonra nisbətən ucuz Həcc səfərini seçən zəvvarları daşıyacaq təyyarələr uçacaq. Sentyabrın 11-də zəvvarların Həccə səfəri başlayan zaman ilk uçuş da VİP zəvvarlara aid olub.

 

QMİ-dən onu da bildiriblər ki, artıq Həccdə azərbaycanlı zəvvarlar Ümrə əməllərini bitirblər və sentyabrın 22-dən etibarən Ərəfat dağına qalxmağa başlayacaqlar.

 

Zəvvarlar ziyarət zamanı heç bir problemlə üzləşməyib.

 

Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc səfərləri sentyabrın 11-dən başlayıb və 15-də başa çatıb.

 

Bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb və bütün yerlər dolub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR