Bank Of Baku

Akif Əlizadə: "Bəzi gənclər deyirlər ki, elm nəyə lazımdı, neft gəlirləri ilə yaşayırıq"

Akif Əlizadə: "Bəzi gənclər deyirlər ki, elm nəyə lazımdı, neft gəlirləri ilə yaşayırıq"
# 25 aprel 2018 10:24 (UTC +04:00)

"Bizim bəzi gənclərin arasında belə bir fikir yaranıb ki, elm nəyə lazımdı, neftdən əldə olunan gəlirlə yaşayırıq. Xeyr, bu, belə deyil".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

 

AMEA prezidenti gənclərə müraciət edərək “Marqaret Tetçer deyirdi ki, elmin verdiyi fayda biznesin gətirdiyi puldan yaxşıdır", - deyə bildirib.

O qeyd edib ki, elmlə təhsil vəhdət yaratmasa, inkişaf olmayacaq: "Sovet vaxtı elmlə təhsili bir-birindən ayırdılar. Bu isə müəyyən fəsadlar yaratdı".

 

AMEA-da magistratura pilləsinin yaradıldığını xatırladan akademikin sözlərinə görə, üç il əvvəl magistraturaya ilk olaraq 18 nəfər qəbul olunub: "Artıq həmin 18 nəfərdən 17-si bu il doktoranturaya qəbul imtahanı verir".

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR