AFFA “Qarabağ” klubunu cərimələyib

AFFA “Qarabağ” klubunu cərimələyib
# 19 may 2015 12:58 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin yığıncağı keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda Topaz Premyer Liqasının XXXIV turunda baş verənlər müzakirə olunub.

Komitə üzvləri turda qeydə alınan yeganə xoşagəlməz hadisə ilə bağlı qərar veriblər. “Qarabağ” – “Sumqayıt” matçı başa çatdıqdan sonra çempion titulunu təmin edən meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilib.

Fanatlarının çempionluq sevincini belə qeyd etməsi “Qarabağ”ın 1000 manat cərimə olunması ilə nəticələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR