BMT-nin İşgəncə əleyhinə komitəsində Azərbaycan üzrə müzakirə keçiriləcək

BMT-nin İşgəncə əleyhinə komitəsində Azərbaycan üzrə müzakirə keçiriləcək
# 10 noyabr 2015 07:37 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Noyabrın 11-12-də BMT-nin İşgəncə əleyhinə komitəsində Azərbaycan üzrə müzakirə keçiriləcək və müvafiq sessiyalar internet vasitəsilə canlı yayımlanacaq.

BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə, Azərbaycan İşgəncələrə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan davranış və ya cəzalar əleyhinə Konvensiyanı ratifikasiya etmiş 158 ölkədən biridir və bu baxımdan öz hesabatı ilə 10 müstəqil ekspertin müntəzəm baxışından keçmək öhdəliyi var. Komitənin Azərbaycana məxsus nümayəndə heyəti ilə dialoqu 11 noyabr tarixində saat 10:00-13:00 arası (Bakı vaxtı ilə 13:00 – 16:00) və 12 noyabr tarixində saat 15:00-18:00 arası keçiriləcək. Cenevrədə 9 dekabr tarixində saat 12:30 üçün nəzərdə tutulan mətbuat konfransında komitə Azərbaycan və təhlil edilən digər ölkələr (Lixtenşteyn, Avstriya, Danimarka, Çin və İordaniya) üzrə yekun müşahidələrinin müzakirəsini təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR