“2004-cü ildə Dmitri Nejelevlə birlikdə Azərbaycanın “Xəzər Lənkəran” klubunda çıxış etdik. Düzdür, o, bu komandada o qədər də çox oynamırdı”. ONA-nın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın sabiq qapıçısı Aleksandr Martyoşkin deyib.
Belaruslu qolkiper 2004-05-ci illərdə Azərbaycanda oynamasını xatırlayıb: “Çox cəlbedici təklif gəldi. Bunun maliyyə tərəfini demirəm. Həmin illər Azərbaycan futbolunda fantastik ajiotaj var idi. Bunu Türkiyə ilə müqayisə etmək də olar. Bizim komanda – “Xəzər Lənkəran” Bakıdan təxminən 300 km məsafədə oynayırdı. Amma paytaxtda olduğum müddətdə məni az qala hər yoldan keçən tanıyırdı. Buna səbəb KİV – televiziya və qəzetlər tərəfindən böyük diqqət idi. Futbol tərəfinə gəlincə, 2004/05 mövsümündə “Xəzər Lənkəran” ölkə çempionatının “Qızıl oyun”unda “Neftçi”ylə qarşılaşmaq hüququ qazandı. Bu komanda isə Azərbaycan futbolunun nəhəngidir. 1:2 hesabı ilə uduzduq ki, bu da çox üzücü idi. Çünki əla heyətimiz var idi. Növbəti il AFFA legioner limitini xeyli sərtləşdirdi. Artıq 5 deyil, 3 legioner meydanda ola bilərdi. “Xəzər Lənkəran”da məşqçi dəyişdi və onunla “öz” qapıçıları, azərbaycanlılar gəldilər. Mən isə ehtiyatda oturmayıb, Belarusa qayıtdım. Məni “Belşina” çağırsa da, bir ay heç yerdə məşq etmədən dincəlməyi lazım bildim. Sonra isə “qocadır” deyib, heç yerə götürmək istəmədilər”.
Rusiyanın “rabochy-put.ru” saytına müsahibə verən A.Martyoşkin “Xəzər Lənkəran”la UEFA kubokundakı çıxışa da toxunub: “2005/06 mövsümündə Moldovanın “Nistru” klubu ilə qarşılaşanda rəqibi çox güclü şəkildə qiymətləndirmədik. Hərçənd, mən komanda yoldaşlarıma xəbərdarlıq edirdim ki, bizi layiqli rəqib gözləyir. Mən Soliqorsk “Şaxtyor”unda oynayanda “Nistru”ya qarşı çıxış etmişdim. “Xəzər Lənkəran”la səfərdə 1:3, evdə 1:2 hesabı ilə uduzduq. Baxmayaraq ki, qələbə üçün yaxşı imkanlarımız var idi. Qeyd edim ki, mənim gedişimdən sonra “Xəzər Lənkəran” çempionluq qazana bilib və tez-tez avrokuboklarda oynayıb. Bir neçə il əvvəl isə klub fəaliyyətini dayandırıb”.
Belaruslu qapıçı “Xəzər Lənkəran” azarkeşləri haqda da danışıb: “Lənkərandakı azarkeşləri xoş sözlərlə xatırlaya bilərəm. Bizim səfər matçlarımıza daim azarkeşlərlə dolu 10-12 avtobus yollanırdı. Həm evdə, həm səfərdə dəstəklə təmin olunmuşduq. Azərbaycanda futbolu çox sevirlər. Elə olur ki, adi məşqi də bir neçə min azarkeş izləyir”.
Aleksandr Martyoşkin: “Azərbaycan futbolunda fantastik ajiotaj var idi”
Xəbər Lenti
UNECE rəsmisi: Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişafı Azərbaycan üçün böyük imkandır
Muxtar Babayev: İqlim amilləri gündəlik bank və investisiya qərarlarının tərkib hissəsi olmalıdır
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda göndəriləcək
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
Prezident İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər
Rusiyada ayıların şəhərlərə hücumları artıb, yüksək hazırlıq elan edilib
“PAŞA Sığorta” KASKO sığortalı müştərilərinə ÖZƏL üstünlüklər təqdim edir!
Nazir Ermənistanla delimitasiya prosesi ilə bağlı mövcud vəziyyəti şərh edib
Ceyhun Bayramov yaxın zamanda erməni həmkarı ilə görüşəcək
Nazir: Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb
Azərbaycan BMT Baş Assambleyasının növbəti sessiyasında təmsil olunacaq
XİN rəhbəri: Azərbaycan Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı prosesi izləyir, mövqeyimiz dəyişməzdir
Ceyhun Bayramov: Bakının iştirakı olmadan TRIPP-in icrası mümkünsüzdür, ABŞ Azərbaycanı mütəmadi məlumatlandırır
Məsciddən sinaqoqa, kilsədən alban məbədinə: Azərbaycanın mədəni irs siyasəti - ARAŞDIRMA
BMT rəsmisi Azərbaycana iqlim dəyişikliyi ilə mübarizədə gördüyü işlərə görə təşəkkür edib
Çinin Lyanyunqan limanı: Bakı Limanı Avropaya açılan mühüm qapıdır
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib - YENİLƏNİB
Eldar Salahov: Geoiqtisadi vəziyyət və toqquşmalar Bakı Limanına da təsir edir
Sabah Bakıda yağış yağacaq
İcraçı direktorun müavini: Azərbaycan və Türkiyə ilə tərəfdaşlıq COP31 üçün möhkəm zəmin yaradır
Fatma Varank: İqlim böhranını yalnız bir ölkənin gücü ilə həll etmək mümkün deyil
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
Saymon Stil: Təmiz enerjiyə keçid artıq geridönməz xarakter alıb
Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq
Ceyhun Bayramov: Azərbaycan COP31-in təşkilində Türkiyəyə dəstəyini davam etdirəcək
XİN rəhbəri: Azərbaycan iqlim gündəliyi üzrə əldə etdiyi uğurları davam etdirməkdə qətiyyətlidir
BMT ilə Azərbaycan minatəmizləmə avadanlıqlarının alınmasını müzakirə edir
Azərbaycanda ötən ay inflyasiya dəyişməyib
Gəncədə bacı-qardaşı bıçaqladığı iddia edilən şəxs tutulub - YENİLƏNİB-1
Bakıda Dördüncü İqlim Həftəsinin açılış mərasimi keçirilir - FOTO
“Aqrarkredit” 10,5 milyon manatlıq 44 əmlakını hərraca çıxarır
Orta Dəhliz üzrə vahid tranzit operatorunun yaradılması təklif edilir
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb
Azərbaycan iqtisadiyyatı 8 ayda 1,2% böyüyüb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıb
Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanılıb
İşə düzəltmək adı altında dələduzluq edən şəxs tutulub
Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunan şəxs 300 minlik dələduzluqda ittiham edilir
AQEM-in Baş katibi: Azərbaycanın sədrliyi dövründə əlaqəliliyə xüsusi diqqət yetirilib
AzInTelecom: 79 mindən çox IMEI koda “klon” statusu verilib
Xalq artisti Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn ediləcək
Bağçaya növbəyə yazılma prosesinə başlanılır
Rövşən Rüstəmov: Xəzərdə səviyyənin azalması limanlara çıxış imkanlarında ciddi suallar yaradır
Ukrayna Novorossiyskə dron hücumu edib: 4 nəfər ölüb, 29 nəfər yaralanıb
Gəmilərdə yanğın təhlükəsizliyinə dair tədbir keçirilib - VİDEO
Özəl klinika rəhbəri və sahə həkimi rüşvətlə saxta əlillik sənədləri düzəltməkdə ittiham olunur
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib
Dövlət əleyhinə çağırışlar etdiyinə görə DTX-nın saxladığı şəxsə hökm oxunub
Mədəniyyət Nazirliyi Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq yayıb