Eldəniz Quliyev “El” Hərəkatından çıxıb, Eldar Namazov istefa ilə bağlı açıqlama verib

Eldəniz Quliyev “El” Hərəkatından çıxıb, Eldar Namazov istefa ilə bağlı açıqlama verib
# 07 noyabr 2014 11:26 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında “El” Hərəkatı Ali Məclisinin sabiq sədri Eldəniz Quliyev söyləyib.

E. Quliyev bildirib ki, “El” Hərəkatından uzaqlaşmasında səhhəti, məhkəmə, çəkişmələri, Milli Şurada, Ziyalılar Birliyində fəaliyyət göstərməsi də müəyyən rol oynayıb: “Mən vaxt baxımından da faktiki olaraq çatdıra bilmirdim və bu səbəblər də “El” Hərəkatından uzaqlaşmağımda öz rolunu oynadı”.

“El” Hərəkatının sədri Eldar Namazov isə APA-ya açıqlamasında bildirib ki, E. Quliyevə gələcək fəaliyyətində uğurlar arzulayır. O deyib ki, hazırda ölkə xaricində olduğu üçün E. Quliyevin istefasına ölkəyə qayıtdıqdan sonra geniş münasibət bildirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR