Bağdadda partlayış nəticəsində ölənlərin sayı 292-yə çatıb

Bağdadda partlayış nəticəsində ölənlərin sayı 292-yə çatıb
# 08 iyul 2016 01:19 (UTC +04:00)

Bakı-APA. Bağdadda partlayış nəticəsində ölənlərin sayı 292-yə çatıb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Partlayış nəticəsində ölənlərdən 177 nəfərin şəxsiyyəti hələ də müəyyən etmək olmayıb. Kimliyi müəyyən edilmiş 155 nəfərin meyiti qohumlarına təhvil verilib.

Partlayış nəticəsində 200 nəfər yaralanıb.

İyulun 3-də Bağdadın Əl-Karrada rayonunda törədilən partlayış son illərin ən qanlı terror aktı olub. İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR