Fransa baş naziri: "İŞİD-in Suriyadakı mövqelərinə zərbələr davam etdiriləcək"

Fransa baş naziri: "İŞİD-in Suriyadakı mövqelərinə zərbələr davam etdiriləcək"
# 30 sentyabr 2015 16:34 (UTC +04:00)

Bakı - APA. Fransa "İslam dövləti" terror qruplaşmasının Suriyadakı mövqelərinə zərbələri davam etdirəcək.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Fransa parlamentinin aşağı palatasında çıxışı zamanı ölkənin baş naziri Manuel Vals bəyan edib.

"Bazar günü başlayan kəşfiyyat uçuşları aviazərbələrin endirilməsinə hazırlıq idi. Əməliyyat nə qədər lazımdır, o qədər davam edəcək. Biz bu əməliyyatı təkbaşına keçirəcəyik", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR