Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

 Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
# 04 may 2015 10:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, N. Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N. Bayramov işə düzəltmək adı ilə vətəndaşları aldadıb. Zərərçəkmişlərin şikayətindən sonra o, saxlanılıb.

N. Bayramov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR