Türkiyənin İranda daha bir konsulluğu açılıb

Türkiyənin İranda daha bir konsulluğu açılıb
# 16 sentyabr 2014 14:14 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. İranın Məşhəd şəhərində Türkiyə konsulluğu açılıb.

APA - nın İRNA - ya istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Qulam-Abbas Arbab Xales deyib.

Türkiyənin Təbriz və Urmiyada konsulluqlarının olduğunu deyən XİN rəsmisi yeni diplomatik missiyanın yaradılmasını müsbət hadisə adlandırıb.

“İran Türkiyənin yeni konsulluğunun açılmasını alqışlayır. Bu konsulluq ticarət və turizm sahəsində əməkdaşlığın güclənməsinə xidmət edəcək”, – deyə Q. Xales bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR