Bakıda İnformasiya texnologiyaları və təhlükəsizliyi standartlarının təşviqi üzrə forum keçiriləcək

Bakıda İnformasiya texnologiyaları və təhlükəsizliyi standartlarının təşviqi üzrə forum keçiriləcək
# 29 sentyabr 2014 08:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə gələn ay informasiya texnologiyaları və təhlükəsizliyi standartlarının tətbiqi və təşviqi üzrə forum keçiriləcək.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, forumun əsas məqsədi ölkədə bu sahədə olan İSO beynəlxalq standartlarının tətbiqi, mövcud sahələrə inteqrasiya imkanlarını müəyyən etməkdir. Belə ki, İSO 27000 “İnformasiya təhlükəsizliyi”, İSO 20000 “İnformasiya texnologiyaları idarəetmə sistemləri”, İSO 22301 “Proseslərin davamlılığı” adlı standartların tətbiqi əsas hədəflərdir.

Forumda Azərbaycanın, Rusiyanın aparıcı telekommunikasiya şirkətlərinin və Britaniya Standartlar İnstitutunun nümayəndələrinin məruzələri nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR