Samux rayon sakini dərmandan zəhərlənib

Samux rayon sakini dərmandan zəhərlənib
# 27 aprel 2015 06:51 (UTC +04:00)

Samux. Azər Məmmədli-APA. Samux rayon sakini qarışqa əleyhinə istifadə edilən dərmandan zəhərlənib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Samux rayon Ziyadlı kənd sakini, 1960-cı il təvəllüdlü Müqalib Abbasov qarışqa dərmanından zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində müalicə alan 55 yaşlı M. Abbasovun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə M. Abbasov yaşadığı evdə qarışqaları məhv etmək üçün dərmandan istifadə edib və zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR