Ümumdünya Turizm Təşkilatının baş katibi: “Daha sülhsevər dünyanı qurmağa çalışırıq”

Ümumdünya Turizm Təşkilatının baş katibi: “Daha sülhsevər dünyanı qurmağa çalışırıq”
# 18 may 2015 08:51 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibinin turizm və sülh üzrə müşaviri Amr Abdel-Qaffar Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin təbrik məktubunu oxuyub.

APA-nın məlumatına görə, Ümumdünya Turizm Təşkilatının baş katibi təbrik məktubunda daha sülhsevər dünyanın qurulması üçün səylər göstərildiyini bildirib.

Baş katib qeyd edib ki, 1 il ərzində 1 milyard insan turist kimi yerini dəyişir, sərmayə artır, iqtisadiyyat inkişaf edir: “Elə ölkələr var ki, orada turizm sahəsi ölkənin inkişafının 30 faizini təşkil edir. Turizm inkişafı müxtəlif xalqların münasibətlərində, iş yerlərinin açılmasında böyük rol oynaya bilər. Beynəlxalq turizmin inkişaf məsələsi gündəliyimizdə olan əsas məsələlərdəndir. Bu gün turist kimi bütün ölkələri dolaşan insanlar bizim işimizdə yardımçı ola bilər”.

Amr Abdel-Qaffar Forumda fəal iştirak edəcəklərini və təkliflərini irəli sürəcəklərini bildirib: “Birgə işləmək əzmindəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR