Azərbaycan prezidenti Belarus baş nazirinin müavinini qəbul edib - VİDEO

Azərbaycan prezidenti Belarus baş nazirinin müavinini qəbul edib - <span style="color: red;">VİDEO
# 21 may 2015 12:51 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Belarus baş nazirinin müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, V. Semaşko ölkəmizə səfərindən ötən qısa dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib, Azərbaycanın dünyada ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq proseslərinin maraqla izlənildiyini vurğulayıb.

Azərbaycan prezidenti isə ölkəmizdə birinci Avropa Oyunlarına hazırlıq işlərinin qısa vaxt ərzində, cəmi iki ilə başa çatdırıldığını qeyd edərək bu Oyunların keçirilməsi üçün ən müasir idman obyektlərinin və infrastrukturun yaradıldığını bildirib.

Görüşdə XXI Azərbaycan Beynəlxalq qida sənayesi və IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgilərinin yüksək səviyyədə təşkil olunduğu vurğulanıb, bu tədbirə marağın ildən-ilə artdığı qeyd olunub.

Söhbət zamanı Azərbaycanla Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, kənd təsərrüfatı, sənaye, maşınqayırma və digər sahələrdə əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR