Siyavuş Novruzov: “Şultsun nə deməsindən asılı olmayaraq Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyik”

Siyavuş Novruzov: “Şultsun nə deməsindən asılı olmayaraq Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyik”
# 29 may 2015 11:04 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov söyləyib.

S. Novruzov deyib ki, Avropa Parlamentinin sədri Marin Şults spiker Oqtğay Əsədovla görüşlərdə deyib ki, Avropa Parlamentinin deputatlarının söylədiklərinə fikir verməyin: “İndi Martin Şultsun maskası cırılıb. Martin Şults iyunun 10-da “İdman və insan hüquqları” mövzusunda tədbir təşkil edəcək. Azərbaycandan da müəyyən insanları dəvət edib. Bu, nə deməkdir? Matin Şults Riqa sammitində Ermənistanı demokratiyanın çiçəkləndiyini ölkə kimi təqdim edir. Baxmayaraq ki, bu ölkədə seçkilər zamanı insanlar güllələnib, insan hüquqları pozulub. Əgər insan hüquqlarının müdafiəçisənsə, Xocalı soyqırımını niyə Avropa Parlamentində müzakirəyə çıxarmırsan? Burada ikiüzlülük, satqınlıq var, Avropa Parlamentinin sədri Avropa Oyunlarına belə münasibət bəsləyirsə, öz partiyasını da satır, sosial ədalət prinsipinə qarşı çıxır. Biz bu insanlara qarşı kəskin mövqeyimizi bildirməliyik, Şultsun öyrətdiyi adamlardır ki, sabah mitinq keçirmək istəyirlər. Martin Şultsun öyrətdiyi adamlardır ki, Azərbaycanda Avropa Oyunlarını boykot etməyə çağırırlar”.

S. Novruzov Azərbaycan xalqının ölkə prezidentinin ətrafında birləşdiyini söyləyib: “Bizim böyük, kiçik qardaşımız yoxdur, hər bir dövlətə bərabər şəkildə yanaşırıq. Şultsun nə deməsindən, simasızlığından asılı olmayaraq Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyik. Bir daha görəcəklər ki, Azərbaycan hansı, onların təriflədiyi ölkələr hansı səviyyədədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR