ERRA sədri: “Azərbaycan qazının Avropa bazarlarına çıxarılması qarşımızda duran mühüm vəzifələrdəndir”

ERRA sədri: “Azərbaycan qazının Avropa bazarlarına çıxarılması qarşımızda duran mühüm vəzifələrdəndir”
# 27 oktyabr 2014 09:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan kimi böyük təbii qaz ehtiyatlarına malik ölkələrin Avropa bazarlarına çıxarılması qarşımızda duran mühüm vəzifələrdəndir.


APA-Economics” xəbər verir ki, bunu Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) rəhbəri Alparslan Bayraktar jurnalistlərə deyib.

Onun sözlərinə görə, su qaynaqlarından səmərəli istifadə və bundan alternativ enerjinin alınması ERRA-nın qarşısında duran mühüm məsələdir: “Azərbaycan, Səudiyyə Ərəbistanı, Rusiya, ABŞ kimi böyük enerji ehtiyatlarına malik, o cümlədən də Gürcüstan, Türkiyə və Avropa ölkələri kimi enerji ehtiyatları olmayan dövlətlər var. Hazırda biz bu ölkələrin enerji problemlərini və qarşılıqlı əməkdaşlığın bərpasını, daha da gücləndirilməsini müzakirə edirik”.

A. Bayraktar əlavə edib ki, qonşu ölkələr, xüsusilə də Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətlərin yüksək səviyyədə inkişafı da müzakirə olunan məsələlər arasındadır: “Bu ölkələr arasındakı münasibətlər yalnız təbii qaz və neftlə bağlı deyil, regional enerji bazarının təmin edilməsi ilə bağlıdır. Son dövrlərdə yenilənən enerjinin təminatı məsələsində də yeni proseslərin baş verdiyini görürük. Artıq Gürcüstanda yenilənən enerjinin təminatı üçün geniş su ehtiyatları var. Bu resursların istehsal olunub, Azərbaycan və Türkiyə kimi qonşu ölkələrə nəql olunması və bununla bağlı bazarın yaradılması çox vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR