Dəmir yolundan istifadə edənlərin sayında ciddi azalma müşahidə olunur

Dəmir yolundan istifadə edənlərin sayında ciddi azalma müşahidə olunur
# 15 iyul 2016 09:26 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-iyun ayları ərzində 7 mln. ton yük, 902,6 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 20,4% və 12% azalma deməkdir.

Bundan başqa, orta hesabla sutkada 426 vaqon yüklənib, 397 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 17,4 min ton, qərb istiqaməti üzrə 4,7 min ton, cənub istiqaməti üzrə isə 1,8 min ton yüklənmə işi yerinə yetirilib.

Ümumilikdə nəqliyyat sektorunda qeyd olunan dövr ərzində yükdaşımanın 6,6%-i dəmir yolu nəqliyyatının payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR