Elektrovoz Ucar sakinini vuraraq öldürüb

Elektrovoz Ucar sakinini vuraraq öldürüb
# 08 dekabr 2014 10:57 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Ucar rayon sakinini elektrovoz vurub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 6-da saat 11 radələrində Ucar Dəmir Yolu Stansiyasının ərazisində qeydə alınıb. Elektrovozun vurduğu Ucar şəhər sakini Rauf Həsənov xəstəxanaya yerləşdirilib. R.Həsənov orda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR