Dövlət büdcəsinə gömrük daxilolmaları 30% artıb

Dövlət büdcəsinə gömrük daxilolmaları 30% artıb
# 14 iyul 2016 09:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 995,379 mln. manat daxil olub.


"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 230 mln. 41,97 min manat və ya 30,06% artıb.

Yanvar-iyun ayları ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 270 mln. 919,51 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 648 mln. 870,5 min manat, aksizlər üzrə 44 mln. 208,09 min manat, yol vergisi üzrə isə 32 mln. 380,09 manat təşkil edib.

Ötən ay DGK xətti ilə dövlət büdcəsinə 144 mln. 793,65 min manat həcmində vəsait daxil olub. İyun ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 60 mln. 270,79 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 75 mln. 699,98 min manat, aksizlər üzrə 6 mln. 220,71 min manat, yol vergisi üzrə isə 2 mln. 602,17 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR