Nazir: “Azərbaycanda heyvanlarda rast gəlinən nodulyar dermatiti xəstəliyi nəzarətdədir”

Nazir: “Azərbaycanda heyvanlarda rast gəlinən nodulyar dermatiti xəstəliyi nəzarətdədir”
# 23 oktyabr 2014 09:05 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda heyvanlarda rast gəlinən nodulyar dermatiti xəstəliyi nəzarətdədir. Bu xəstəlik bir neçə aydır Azərbaycanda var. Bu xəstəlik sadəcə simptomatik müalicə olunur. Bu, öldürücü virus deyil, lakin ölüm halları immuniteti zəif olan və ya digər xəstəlikləri olan heyvanlarda baş verir.

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə kənd təsərrüfatı Heydər Əsədov bildirib.

Cəlilabadda 60 heyvanın tələf olması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirən nazir bunu deyib: “Məsələni araşdırarkən əslində 2 heyvanın öldüyünü aşkar etdik. Həmin heyvanlarda nodulyar dematiti xəstəliyi deyil, daha çox zəhərlənmə ehtimalları olub. Baytarlıq qurumun əksər heyəti rayonlardadır. Bununla bağlı kütləvi tədbirlər aparılır, kifayət qədər dərman ehtiyatlarımız var”.

H. Əsədov əlavə edib ki, son bir həftə ərzində xəstəliyin dinamikasında azalma müşahidə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR