Türkiyə hərbi aviasiyası uzun fasilədən sonra PKK-ya zərbələr endirib

Türkiyə hərbi aviasiyası uzun fasilədən sonra PKK-ya zərbələr endirib
# 14 oktyabr 2014 07:51 (UTC +04:00)

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, PKK-çıların Türkiyə-İraq sərhədindəki Dağlıca zastavasını son 3 gün ərzində dəfələrlə atəşə tutmasından sonra Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının qərarı ilə Diyarbəkir və Malatyadakı aviabazalardan qalxan “F-16” və “F-4” hərbi təyyarələri terrorçuların mövqelərini bombardman edib. Əməliyyat nəticəsində terrorçuların ciddi itki verdiyi bildirilir.

Qeyd edək ki, kürd probleminin həlli üzrə “çözüm sürəci” başladıqdan bəri ilk dəfədir ki, Türkiyə ordusu PKK-çılara qarşı aviazərbələr endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR