Azərbaycan üzrə seçici siyahılarının dəqiqləşdirilməsi başa çatır

Azərbaycan üzrə seçici siyahılarının dəqiqləşdirilməsi başa çatır
# 15 may 2015 13:38 (UTC +04:00)


Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatmaqdadır.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, bu ayın axırına qədər ölkə üzrə seçici siyahısının dəqiqləşdirilməsinə yekun vurulmalıdır.

İclasda artıq dairə seçki komissiyalarının 90 faizinin dairələr üzrə dəqiqləşdirilmiş seçici siyahılarını MSK-ya təqdim etdiyi bildirilib.

M. Pənahovun sözlərinə görə, əsas məsələ odur ki, seçkidə iştirak edən seçicilər problemlə üzləşməsin: “Azərbaycanda vətəndaşın səsvermə hüququnun qarşısını kəsən heç bir maneə yoxdur, vətəndaşların səs verməsi üçün son mərhələdə də şərait yaradılır. Buna baxmayaraq, seçici siyahılarının dəqiqləşdirilməsi davam etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR