İtaliyanın iqtisadi inkişaf naziri Bakıda Azərbaycan hökumətinin üzvləri ilə görüşəcək

İtaliyanın iqtisadi inkişaf naziri Bakıda Azərbaycan hökumətinin üzvləri ilə görüşəcək
# 13 aprel 2015 15:09 (UTC +04:00)

Bakı. Ülkər Bəkirli - APA. İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi aprelin 14-də Azərbaycana səfər edəcək.

Bu barədə APA-ya Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, F. Quidi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, nəqliyyat naziri Ziya Məmmədov, energetika naziri Natiq Əliyev və səhiyyə naziri Oqtay Şirəliyev ilə görüşəcək.

Görüşlər zamanı iki ölkə arasındakı iqtisadi əlaqələr müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR