Moskvada ermənilərin “Pokrovskiye vorota”da Qarabağ müharibəsi haqqında kitabın təqdimatını keçirməsinin qarşısı alınıb

Moskvada ermənilərin “Pokrovskiye vorota”da Qarabağ müharibəsi haqqında kitabın təqdimatını keçirməsinin qarşısı alınıb
# 29 may 2015 11:27 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyada ermənilərin “Pokrovskiye vorota” Mədəniyyət Mərkəzində Azərbaycana qarşı təxribat cəhdinin qarşısı qalınıb. Azərbaycanın Rusiyadakı səfirliyinin və Rusiyadakı Azərbaycan diasporunun səyi nəticəsində mayın 31-də “Pokrovskiye vorota” Mədəniyyət Mərkəzində keçirilməsi planlaşdırılan erməni müəllif Aşot Beqlaryanın Qarabağ müharibəsindən bəhs edən “Qarabağ gündəliyi” kitabının təqdimat mərasimi ləğv olunub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə “Pokrovskiye vorota” mədəniyyət mərkəzinin rəsmi saytında məlumat yerləşdirilib.


Bundan sonra ermənilər kitab təqdimatını başqa ünvanda, rus-erməni informasiya agentliyi olan “Rusarminfo”da keçirmək qərarına gəliblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR