Dövlət Gömrük Komitəsi soyuq silahların qanunsuz yollarla ölkəyə gətirilməsinin qarşısını alıb - FOTO

Dövlət Gömrük Komitəsi soyuq silahların qanunsuz yollarla ölkəyə gətirilməsinin qarşısını alıb - <span style="color: red;">FOTO
# 04 avqust 2014 09:15 (UTC +04:00)

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, DGK-nın Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsinin həyata keçirdiyi tədbirlər nəticəsində müxtəlif vətəndaşlara göndərilən bağlamalardan ümumilikdə 43 ədəd soyuq silah, o cümlədən əzici-vurucu xassəyə malik 16 ədəd beşbarmaq, 15 ədəd elektroşoker, 2 ədəd bıçaq və 10 ədəd qaz balonu aşkar edilərək götürülüb.

Ümumilikdə 31 belə fakt aşkar edilib. Bütün faktlarla bağlı təhqiqat aparılır.

Qeyd edək ki, əvvəllərdə DGK-nın müvafiq qurumları tərəfindən bu cür hüquqpozma hallarının qarşısı qətiyyətlə alınmış və Azərbaycan qanunvericiliyinə əsasən soyuq silah hesab edilən bu qəbildən olan əşyaların ölkə ərazisinə gətirilməsinin qadağan olunması barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyətə ətraflı məlumat verilib.

DGK bir daha xəbərdarlıq edir ki, səlahiyyətli ekspert rəylərinə əsasən kustar üsulla hazırlanmış əzici-vurucu xassəyə malik bu beşbarmaqlar, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silahlar hesab olunur və bu əməllərə görə digər məsuliyyət növləri ilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR