Allahşükür Paşazadə İranın ali dini liderini Azərbaycana dəvət edib

Allahşükür Paşazadə İranın ali dini liderini Azərbaycana dəvət edib
# 13 oktyabr 2014 14:16 (UTC +04:00)

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Allahşükür Paşazadə deyib ki, bu gün bütün müsəlman aləminin bayramı - Qədir-Xum bayramı, Hz. Əlinin (ə.s) Məhəmməd Peyğəmbərin (s.ə.a.s) davamçısı elan olunduğu gündür. O, bayram münasibətilə iranlı qonaqları təbrik edib.

A. Paşazadə İranın ali dini lideri Əli Xamneyiyə Allahdan şəfalar diləyib. O, Ə. Xamneyini Azərbaycana dəvət etdiyini, lakin bu səfərin baş tutub-tutmayacağı barədə məlumatsız olduğunu söyləyib.

İ. Zərqami də öz növbəsində Qədir-Xum bayramı münasibətilə şeyxülislamı təbrik edib və deyib ki, A. Paşazadənin iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasında xüsusi rolu və əməyi var. Onun sözlərinə görə, müasir dünyada İslamın olduğu kimi təbliğ olunmasına ehtiyac yaranıb və bu məsələdə KİV xüsusi rol oynamalıdır. Hazırda İranda 160-a yaxın radio və televiziya qurumunun olduğunu vurğulayan qonaq onların 29 peyk vasitəsilə bütün dünyaya yayıldığını nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR