Xaçmazda avtomobil velosipedçini vurub

Xaçmazda avtomobil  velosipedçini  vurub
# 14 avqust 2016 18:07 (UTC +04:00)

Xaçmaz. Vәli Turan -APA. Xaçmaz rayonu әrazisindә yol nәqliyyat hadisәsi baş verib.


APA -nın şimal bürosunun verdiyi mәlumata görә, hadisә Xaçmazın Hәsәnqala kәndindә qeydә alınıb.


"VAZ 2107 " markalı avtomaşın velosipedçi 1987 -ci il tәvәllüdlü Novruzov Bәxtiyar Abubәkir oğlunu vurub. O, Xudat şәhәr xәstәxanasına yerlәşdirilib, vәziyyәti stabildir.


Faktla bağlı Xaçmaz rayon Polis Şöbәsindә araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR