Çində bir neçə gün öncə çökmüş tunelin altında qalan 13 işçi xilas edilib

Çində bir neçə gün öncə çökmüş tunelin altında qalan 13 işçi xilas edilib
# 16 avqust 2014 11:05 (UTC +04:00)

Bakı - APA. Çinin cənub qərbində çökmüş tunelin altında qalan 13 işçi xilas edilib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, 140 saat dağıntılar altında qalan işçilər dərhal xəstəxanaya çatdırılıblar.

Həkimlərin verdiyi məlumata görə xilas olunanların vəziyyəti yaxşıdır.

Qeyd edək ki, hadisə ötən həftənin bazar günü Guizhou əyalətində inşa edilən tuneldə baş vermişdi. Çökmüş tunelin altında köməksiz qalan şəxsləri hava, su və qida ilə təmin etmək üçün xilasedicilər tərəfindən 45 metr uzunluğunda kanal qazılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR