Səfir Eynulla Mədətlinin “Ukrinform”da məqaləsi dərc olunub

Səfir Eynulla Mədətlinin “Ukrinform”da məqaləsi dərc olunub
# 29 sentyabr 2014 10:36 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının Ukraynadakı səfiri Eynulla Mədətlinin Ukraynanın milli agentliyi olan “Ukrinform”da “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində rolunu gücləndirir” başlıqlı məqaləsi dərc olunub. Səfirlikdən APA-ya verilən xəbərə görə, məqalədə 1994-cü ilin 20 sentyabr tarixində imzalanmış “Əsrin müqaviləsi” və həmin dövrdə Azərbaycan xalqının üzləşdiyi problemlər, Heydər Əliyevin bu istiqamətdə gördüyü işlər, həmçinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılmış irimiqyaslı layihələr haqqında ukraynalı oxuculara məlumat verilib.

“Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə 2014-cü ilin 20 sentyabr tarixində Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin təməlqoyma mərasiminin keçirildiyini nəzərə çatdıran səfir E. Mədətli TANAP-ın enerji marşrutlarının diversifikasiyasına önəm verən Avropanın enerji təhlükəsizliyinin təminində, eyni zamanda, region dövlətlərinin iqtisadiyyatlarının inkişafında oynayacağı roldan danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR